Sənədi olmayan 15 ov tüfəng götürülüb 

11:05 17.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 16-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.